BAKI, 12 mart. TELEQRAF

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ Prezidenti Donald Trampın X sosial şəbəkəsindəki fəaliyyətinə münasibət bildirib.

Teleqraf xəbər verir ki, Laricani yazıb: "Tramp tez bir zamanda qələbə istədiyini deyir. Müharibəyə başlamaq asan olsa da, bir neçə tvitlə qalib gəlmək mümkün deyil. Bu ciddi səhvi etiraf etməlisiniz. Sizi peşman etməyənə qədər geri çəkilməyəcəyik".