BAKI, 8 mart. TELEQRAF

İran hazırda hərbi münaqişənin başa çatması ilə bağlı şərtləri müzakirə etməyə hazır olmadığını bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "NBC News" telekanalına müsahibəsində bildirib.

Nazir qeyd edib ki, Tehran hələlik müharibənin başa çatması ilə bağlı danışıqlar mərhələsinə çatmadığını hesab edir.

“Biz hələ bu məqama çatmamışıq”, - deyə Əraqçi münaqişənin hansı şərtlərlə bitə biləcəyi barədə suala cavab verərkən bildirib.

Onun sözlərinə görə, müharibə tam şəkildə başa çatmadan İran mübarizəni dayandırmaq niyyətində deyil.

Əraqçi vurğulayıb ki, Tehran öz xalqı və təhlükəsizliyi naminə döyüşü davam etdirəcək.