BAKI, 20 fevral. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək.
Teleqraf xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Əvvəlcə “Turan Tovuz” “Azersun Arena”da “Zirə”ni qəbul edəcək.
Baş hakim Rəvan Həmzəzadənin idarə edəcəyi görüşə saat 17:00-da start veriləcək.
Günün digər matçı isə “Sumqayıt” və “Qəbələ” arasında baş tutacaq.
Sumqayıt şəhər stadionunda təşkil olunacaq oyun saat 19:30-da başlayacaq.
Bu qarşılaşmanın baş hakimi Fəridi Hacıyev olacaq.
Qeyd edək ki, turun digər oyunları 21-22 fevralda keçiriləcək.
Azərbaycan Premyer Liqası
XXI tur
20 fevral
17:00. “Turan Tovuz” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Əkbər Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
“Azersun Arena”
19:30. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.