BAKI, 17 fevral. TELEQRAF
İsveç Kəşfiyyat Xidməti (MUST) 2025-ci il üçün illik hesabatında bildirib ki, Rusiyadan gələn hərbi təhdid qarşıdakı illərdə artacaq.
Teleqraf xəbər verir ki, bu barədə hesabat təşkilatın rəsmi saytında yerləşdirilib.
Kəşfiyyat qeyd edib ki, Moskvanın İsveç yaxınlığında qüvvələrini tədricən artırması nəticəsində hərbi təhdid yüksələcək.
MUST hesab edir ki, Rusiya və Çin hibrid müharibə və iqtisadi təzyiq vasitəsilə İsveçə təsir imkanlarını inkişaf etdirirlər.
MUST rəhbəri, general-leytenant Tomas Nilsson sözlərinə görə, Ukraynaya qarşı genişmiqyaslı təcavüz edən Rusiyanın NATO və Aİ-yə qarşı hibrid metodlardan istifadəsi getdikcə təhlükəli hal ala bilər.
O həmçinin əlavə edib ki, dövlətlər arasında artan rəqabət qlobal sabitliyi və dünyada hadisələrin proqnozlaşdırılmasını çətinləşdirir.