BAKI, 13 fevral. TELEQRAF

Rusiya Federasiyasının dövlət xarici borcu 2011-2026-cı illər üzrə statistika məlumatlarına görə 60 milyard dollar həddini ötüb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin yayımladığı rəsmi sənədlərdə göstərilir.

Məlumata görə, 1 fevral 2011-ci il tarixinə dövlət xarici borcu 39,7 milyard dollar təşkil edirdi. 1 fevral 2026-cı il tarixinə qədər isə bu göstərici 61,9 milyard dollara çatıb.

Statistika Rusiya dövlət borcunun illər ərzində artımını və xarici maliyyə öhdəliklərinin miqyasını əks etdirir.