BAKI, 11 fevral. TELEQRAF
"TikTok"da canlı yayımda Prezident Donald Trampı ölümlə hədələyən amerikalı 3,5 il həbs cəzasına məhkum edilib.
Teleqraf xəbər verir ki, təqsirləndirilən şəxs yayımında bildirib: "Deməli, Amerikanı böyük etməyin yalnız bir yolu var - Trampın alnının ortasından güllələmək".
O həmçinin Trampı başına və ya sinəsinə atəş açaraq öldürməklə hədələyib.
Kişi 2025-ci ilin avqust ayında həbs edilib. O, ittihamlardan biri üzrə özünü günahkar bildiyini bildirib.