BAKI, 7 fevral. TELEQRAF
Misirin Minyə vilayətində yerləşən Əbu-Fana monastırının ərazisində baş verən hadisə nəticəsində dörd uşaq həyatını itirib.
Teleqraf xəbər verir ki, bu barədə yerli "Al Masry Al Youm" nəşri məlumat yayıb.
Məlumata görə, monastırdakı binalardan birinin daxili divarı qəfil uçaraq ərazidə olan ziyarətçilərin üzərinə aşıb. Hadisə zamanı uşaqlar dağıntılar altında qalıb.
Nəticədə dörd uşaq ölüb, iki uşaq isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.