BAKI, 2 fevral. TELEQRAF
"İslam Respublikası ərazisinə yeni hərbi zərbələr endirməklə bağlı təhdidlər qəti şəkildə qəbuledilməzdir".
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Nazirlik xəbərdarlıq edib ki, xaricdən ilhamlanan iğtişaşlardan İrana qarşı 2025-ci ilin iyun təcavüzünü təkrarlamaq üçün bəhanə kimi istifadə etməyi düşünənlər bu cür addımların Yaxın Şərqdəki vəziyyətə, eləcə də qlobal beynəlxalq təhlükəsizliyə mənfi təsirlərindən xəbərdar olmalıdırlar.
Xarici İşlər Nazirliyi həmçinin vurğulayıb ki, Moskva İranın xarici tərəfdaşlarına daha yüksək ticarət tarifləri ilə hədələməklə təzyiq göstərmək cəhdlərini qətiyyətlə rədd edir. Nazirlik bu cür hərəkətləri "həyasızcasına şantaj" kimi xarakterizə edib.