BAKI, 2 fevral. TELEQRAF
Venesuela tarixində ilk dəfə mayeləşdirilmiş müşayiətedici neft qazının ixracını həyata keçirib.
Teleqraf xəbər verir ki, bu barədə respublikanın səlahiyyətli prezidenti Delsi Rodrigez özünün "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, "Chrysopigi Lady" tankeri ilk mayeləşdirilmiş neft qazı yükü ilə Venesueladan yola düşüb. İxrac olunan qazın həcmi açıqlanmayıb.
Delsi Rodrigez qeyd edib ki, bu hadisəni ölkənin fəhlə sinfi ilə birlikdə qeyd edir. O, mayeləşdirilmiş qazın ixracının Venesuela xalqının rifahının yaxşılaşmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
Rəsminin sözlərinə görə, enerji sektorunda atılan bu addım ölkənin ixrac imkanlarının genişləndirilməsi və iqtisadi potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.