BAKI, 15 yanvar. TELEQRAF

Delsi Rodrigez də daxil olmaqla Venesuela liderləri ABŞ ilə çox fəal əməkdaşlıq edirlər.

Teleqraf xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Livitt bildirib.

Livitt qeyd edib ki, Tramp bu həftə Rodrigezlə danışıb: "Dövlət katibi Marko Rubio və digər rəsmilər də Venesuelanın müvəqqəti hökumətinin digər üzvləri ilə daimi əlaqədədirlər" .

Ağ Evin sözçüsü bildirib ki, onlar əməkdaşlıq etmək üçün müstəsna bir istək nümayiş etdiriblər: "Bu günə qədər onlar ABŞ prezidentinin bütün tələblərini yerinə yetiriblər. Düşünürəm ki, hamınız bunun nəyə gətirib çıxardığını gördünüz. Aydındır ki, biz 500 milyon dollarlıq enerji müqaviləsi əldə etdik və bu, əsasən xanım Rodrigezin əməkdaşlığı sayəsində mümkün oldu".