BAKI, 28 dekabr. TELEQRAF
Cənub Qüvvələr Qrupu son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin 10 yerüstü robot sistemini, 8 PUA idarəetmə mərkəzini və 19 bunkerini məhv ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Yujnaya qrupunun mətbuat mərkəzinin rəhbəri Vadim Astafyev məlumat verib.
V.Astafyev bildirib ki, Kramatorsk, Konstantinovsk və Seversk istiqamətlərindəki PUA qüvvələri 7 rabitə anteni, 10 yerüstü robot sistemi, 19 Ukrayna Silahlı Qüvvələrinin bunkeri 8 komanda məntəqəsini və 9 antenini məhv edib. Ukraynaya məxsus 7 dronu vurub.