BAKI, 11 dekabr. TELEQRAF
Ukraynanın müdafiə naziri Denis Şmıqal ölkəsinin ümumi seçkilərə hazır olduğunu bəyan edib, lakin bunun üçün bir sıra şərtlər irəli sürüb.
Teleqraf xəbər verir ki, Aspen Təhlükəsizlik Forumunda çıxışı zamanı o bildirib ki, xarici müşahidəçilərin birbaşa döyüş zonasına getməsi və prosesləri yerində izləməsi vacibdir:
"Əgər ön xətdə təhlükəsizliyi necə təmin etməklə xarici müşahidəçiləri ön xəttə cəlb edə bilsək, təhlükəsiz və rahat mexanizm tapsaq, əlbəttə seçkilərə hazırıq. Zelenski də bunu deyib. Biz bunu istənilən vaxt edə bilərik.”
Ukrayna rəsmisinin bu açıqlaması ABŞ prezidenti Donald Trampın son tənqidlərindən sonra gəlib. Tramp daha əvvəl Ukraynada seçkilərin keçirilməməsinin ölkədə demokratiyanın vəziyyəti ilə bağlı suallar doğurduğunu söyləmişdi.
Bir gün əvvəl isə o, müsahibədə Ukraynada prezident seçkilərinin vaxtının çatdığını bildirmişdi.