BAKI, 27 noyabr. TELEQRAF

Rusiya ordusu Pokrovsk şəhərində irəliləyib. Bununla belə, ordumuz son bir həftə ərzində rus hərbçilərinə ciddi itkilərə məruz qoyub. Şəhərin üçdə biri Rusiya hərbçilərindən təmizlənib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı, general Aleksandr Sırski “Facebook” səhifəsində məlumat verib.

General bildirib ki, itirilmiş mövqeləri bərpa etmək üçün xüsusi bölmələr aktiv əməliyyatlar həyata keçirir

Sırski qeyd edib ki, Rusiya hərbçiləri mülki şəxslər kimi maskalanaraq təxribata əl atırlar.