BAKI, 25 noyabr. TELEQRAF
Rusiya və Ukrayna nümayəndələri Əbu-Dabidə münaqişənin sülh yolu ilə həllinə dair birbaşa danışıqlar aparır.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov hazırda Əbu-Dabidədir və həm Amerika, həm də Rusiya tərəfləri ilə danışıqlarda iştirak edir.
Görüşdə Rusiyanı Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov təmsil edir..