BAKI, 25 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp arıqlamaq istədiyini etiraf edib.
Teleqraf xəbər verir ki, Ağ Evdə Şükranlıq günü ilə bağlı keçirilən tədbirdə çıxış edərək bildirib: "Bir neçə kilo arıqlamaq istərdim. Amma Şükran Günündən sonra. Hinduşka yeyəcəm".
Qeyd edək ki, ABŞ prezidentləri illik fiziki müayinədən keçirlər. Müayinənin nəticələrinə görə, Trampın çəkisi 107 kiloqram, boyu isə 190 santimetrdir.
Noyabrın 27-də ABŞ-da Şükran Günü qeyd olunacaq.