BAKI, 24 noyabr. TELEQRAF

Bu gün Çin Xalq Respublikasının rəhbəri Si Cinpin ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Liderlər Ukraynadakı mövcud vəziyyəti müzakirə ediblər.

Çi Çinpin bəyan edib ki, Çin münaqişə tərəfləri arasında böhranın əsas səbəblərini aradan qaldıran sürətli və ədalətli razılaşmaya ümid edir.