BAKI, 13 noyabr. TELEQRAF

Pentaqonun yüksək rütbəli hərbi məmurları Venesuelaya qarşı hərbi əməliyyat planlarını ABŞ Prezidenti Donald Trampa təqdim ediblər.

Teleqraf xəbər verir ki, bu haqda “Reuters" məlumat yayıb.

“Müharibə naziri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn və digər yüksək vəzifəli şəxslər prezidentə qarşıdakı günlər üçün Venesuellaya qarşı hərbi variantları təqdim ediblər”, - deyə məlumatda qeyd olunur.

Tramp əməliyyatla bağlı yekun qərar verməyib.