BAKI, 23 oktyabr. TELEQRAF

Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində yerləşən zavodda güclü partlayışda ölənlərin sayı 18 nəfərə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Çelyabinsk vilayətinin qubernatoru Aleksey Teksler bildirib ki, müəssisədə baş verən faciə ilə əlaqədar Kopeysk şəhərində 24 oktyabr tarixi matəm günü elan olunub.

***

03:33

Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində yerləşən zavodda güclü partlayışda ölənlərin sayı 9 nəfərə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə bölgə qubernatoru Aleksey Tekslər öz "Telegram" kanalında məlumat verib.

O qeyd edib ki, yanğın yerində açıq alov söndürülüb və hazırda sahə suvarılır. Bundan sonra xilasedicilər dağıntıların altında qalanları axtarmağa başlayacaqlar və bunun üçün müvafiq qüvvə və vasitələr səfərbər olunacaq.

"Həkimlərimiz xəsarət alanların vəziyyətini stabilləşdirmək üçün bütün mümkün tədbirləri görürlər", - Tekslər bildirib.

O həmçinin qeyd edib ki, itkin düşənlərlə bağlı məlumat dəqiqləşdirilir.

***

00:23

Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində yerləşən zavodda güclü partlayış baş verib.

Teleqraf xəbər verir ki, hadisə nəticəsində dörd nəfər ölüb, az on nəfər yaralanıb.

Partlayışın "Plastmass" zavodunda baş verdiyi bildirilir. İlkin səbəb kimi təhlükəsizlik qaydalarının pozulması göstərilir.