BAKI, 11 oktyabr. TELEQRAF
Şimali Koreya Rusiya hakimiyyətini və xalqını Ukrayna böhranının əsas səbəblərinin aradan qaldırılması səylərində dəstəkləyir.
Teleqraf xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen In Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevlə görüşü zamanı bildirib.
Kim Çen In vurğulayıb ki, ölkəsinin Moskva ilə yaxın münasibətləri dəyişməz siyasətidir:
"Ukrayna məsələsinə gəldikdə isə, Şimali Koreyanın Rusiya ilə müttəfiqliyi açıq və ardıcıldır. Şimali Koreya Rusiya hökumətinin və xalqının Ukrayna böhranının əsas səbəblərini aradan qaldırmaq, suverenliyi, təhlükəsizlik maraqlarını və ərazi bütövlüyünü qorumaq səylərini hər zaman dəstəkləyəcək".
Dmitri Medvedev isə görüş zamanı Pxenyanın müharibəyə dəstək mövqeyini yüksək qiymətləndirib.