BAKI, 11 oktyabr. TELEQRAF

Şimali Koreya lideri Kim Çen In Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevlə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb..

Məlumata görə, Kim Çen In Pxenyanda KXDR Əmək Partiyasının 80 illiyi münasibətilə keçirilən paradda iştirak etmək üçün ölkəyə gələn Dmitri Medvedevlə danışıqlar aparıb.

Şimali Koreya lideri qeyd edib ki, Medvedevin səfəri Rusiya xalqının Əmək Partiyasının “ədalətli işi” ilə həmrəyliyini nümayiş etdirir.

“Bu səfər Koreya–Rusiya münasibətlərinin yeni səviyyəyə yüksəlməsi, onların hərtərəfli strateji tərəfdaşlıq və ittifaq səviyyəsində inkişafı üçün mühüm məqam olacaq”, – deyə Kim Çen In bildirib.