BAKI, 8 oktyabr. TELEQRAF

ABŞ-də aviadispetçerlərin çatışmazlığı səbəbindən minlərlə reys ləğv edilib və gecikdirilib.

Teleqraf xəbər verir ki, buna səbəb ölkədəki hökumət qurumlarının qismən bağlanmasıdır.

Xüsusilə Kaliforniya, Denver, Nyu-York və Nyu-Cersi aeroportları ciddi problemlərlə üzləşib. "FlightAware" servisinin məlumatına görə, 6 oktyabrda ABŞ-də təxminən 6 min reys gecikdirilib, bu göstərici 2022-ci ilin yayından bəri ən yüksək səviyyədir.

Aeroportlar və aviasiya şirkətləri sərnişinlərdən səbr və anlayış tələb edir.