BAKI, 8 dekabr. TELEQRAF
Bir neçə gündür ABŞ Prezidenti Donald Trampın nümayəndələri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umərov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Andrey Qnatov ilə işləyirlər.
Teleqraf xəbər verir ki, bu barədə Umerov X sosial şəbəkəsində məlumat verib.
“Konstruktiv işə görə təşəkkür edirəm. Ukrayna komandasının əsas vəzifəsi ABŞ tərəfdən Moskva ilə aparılan söhbət və bütün mövcud təklif layihələri barədə tam məlumat almaq idi ki, bunları ətraflı şəkildə Ukrayna Prezidenti ilə müzakirə edək. Bütün tərəfdaşlarla birlikdə bu müharibəni ləyaqətlə başa çatdırmaq üçün əlimizdən gələni etməliyik”, - o bildirib.
Umerov əlavə edib ki, bu gün nümayəndə heyəti ABŞ ilə aparılan danışıqların bütün aspektləri barədə tam məlumatı Ukrayna Prezidenti Volodimir Zelenskiyə təqdim edəcək. Həmçinin bütün sənədlər də təqdim olunacaq.
“Mümkün qədər intensiv işləyirik”, - Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vurğulayıb.