BAKI, 01 oktyabr. TELEQRAF
Gələcəkdə bitkoinin kursu 1 milyon dollara qədər artacaq.
Teleqraf xəbər verir ki, bu proqnozu “Telegram”ın yaradıcısı Pavel Durov səsləndirib.
“Bitkoin mənim bu sahədə qalmağıma imkan verib. Düşünürəm ki, qiymət artımı bitkoinin dəyəri 1 milyon dollara çatana qədər davam edəcək”, - Durov bildirib.
O həmçinin qeyd edib ki, özü ilk bir neçə min bitkoini 2013-cü ildə alıb. O zaman onların bir ədədinin qiyməti 750 dollar olub.