BAKI, 21 iyul. TELEQRAF

Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, təlim uçuşu həyata keçirən təyyarə paytaxt Dəkkədə məktəb binasına çırpılıb.

Bildirilib ki, hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Hazırda qəzanın hansı səbəbdən başqa verməsinə dair araşdırma aparılır.