BAKI, 12 iyun. TELEQRAF

Yakutiyanın Oymyakon rayonunda mədəndə dağ süxuru uçub, ilkin məlumata görə, uçqun altında iki nəfər qalıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya FHN-in mətbuat xidməti məlumat yayıb.

Qurumdan bildirilib ki, uçqun "Sarılax" mədənində baş verib. Müəyyən edilib ki, 286 metr səviyyəsində təmizləmə işləri aparılarkən dağ süxuru uçub.

Həmin səviyyədə 25 nəfər olub. Onlardan iki nəfəri uçqun altında qalıb.