BAKI, 11 may. TELEQRAF
Dostcasına, lakin konstruktiv danışıqlar zamanı tam yenidənqurmaya nail olduq.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb.
"Bu gün İsveçrədə Çinlə çox yaxşı görüş keçirdik. Bir çox məsələlər müzakirə edildi, çox şeylər barədə razılıq əldə olundu. Biz həm Çinin, həm də ABŞ-nin rifahı naminə, Çinin ABŞ biznesi üçün açılmasını görmək istəyirik. Böyük irəliləyiş əldə olundu!!!", - paylaşımda deyilir.
Bununla belə, prezident irəliləyişin nədən ibarət olduğu barədə ətraflı məlumat verməyib.