BAKI, 11 aprel. TELEQRAF
İsrail və Türkiyə Bakıda keçirilən danışıqlarda Suriyada gərginliyin qarşısının alınması üçün razılığa gələ bilməyiblər.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, İsrail və Türkiyə arasında danışıqlar 2024-cü ildə aprelin 12-dən 19-dək qeyd olunacaq Pasxa bayramı bitdikdən sonra davam edəcək.