
BAKI. 5 aprel. TELEQRAF
Vaşinqton tariflərdən hər il 600 milyard dollara qədər pul alacaq.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Besant bildirib.
Onun sözlərinə görə, ABŞ Tramp administrasiyası tərəfindən tətbiq edilən tariflərdən hər il 300-600 milyard dollar gəlir qazana bilər.
“Ola bilsin ki, bu, əlbəttə ki, ildə 300-600 milyard dollar diapazonunda olsun. Bu, əhəmiyyətli bir gəlir mənbəyidir”.