
BAKI, 22 mart. TELEQRAF
Krokus Siti Hollda ("Crocus City Hall") terror aktının təşkilatçıları Mərkəzi Asiya ölkələrinin vətəndaşlarıdır.
Teleqraf xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
Onun sözlərinə görə, terror aktının təşkilatçısı olan altı nəfər hazırda beynəlxalq axtarışdadır.
"Onların bir qismi saxta adlardan istifadə edir və terror aktının hazırlanması ilə bilavasitə məşğul olub. Təşkilatçılar xaricdə olduğu üçün onlara qiyabi həbs qərarı verilib", - Petrenko vurğulayıb.
Rəsmi nümayəndə bildirib ki, terror aktı Rusiyada vəziyyəti sabitliyi pozmaq üçün “dost olmayan dövlət”in xüsusi xidmət orqanları tərəfindən planlaşdırılıb və təşkil edilib.
Xatırladaq ki, terror aktı ötən il martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall" konsert zalında törədilib.
Silahlılar konsert zalına daxil olaraq, insanlara atəş açıblar və binanı yandırıblar.
Hadisə nəticəsində 145 nəfər ölüb, 500-dən çox insan yaralanıb.