BAKI, 17 fevral. TELEQRAF

"Hazırda biz rahatlaşıb danışıqların başlanmasını və xüsusi hərbi əməliyyatın bitməsini gözləyə bilmərik"

Teleqraf xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşündə deyib.

“Biz rahatlaşıb danışıqların başlanmasını və müharibənin bitməsini gözləyə bilmərik. Əksinə, döyüşçülərin hazırlığını bütün sahələrdə daha da gücləndirmək lazımdır ki, onların bacarıqları daha da yüksək olsun”, - Kadırov bildirib.

Kadırov vurğulayıb ki, lazımi biliklərə və müasir texnikaya malik olan hərbi qulluqçular əraziləri uğurla azad edir və təşəbbüsü inamla davam etdirirlər.