Şiələr, ələvilər və xristianlar Suriyadan Livana qaçırlar. Onlar hakimiyyətə gələn yeni qüvvələrin təqiblərinə məruz qala biləcələrindən qorxurlar.
Teleqraf.com xəbər verir ki, bu barədə "Sputnik" məlumat yayıb.
Bildirilir ki, qaçqınlar beynəlxalq təşkilatları və İranı onlara təcili yardım göstərməyə çağırıb.
Qeyd edək ki, Suriyanı tərk edənlər arasında ermənilər də var. Bir neçə ailə artıq Ermənistandan sığınacaq istəyib.