Gürcüstanın mədəniyyət və idman naziri Tinatin Ruxadze Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə tanışlıq görüşü keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Mədəniyyət və İdman Nazirliyindən bildirilib.

Tərəflər Gürcüstan və Azərbaycan arasında mədəni əlaqələrin perspektivləri və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdiriməsi məsələlərini müzakirə ediblər.

Görüşdə nazirin müavini Beka Davituliani və Azərbaycan səfirliyinin üçüncü katibi Cavid Məhərrəmov da iştirak ediblər.