"Gürcüstanın Avropa İttifaqı və NATO-ya münasibəti dəyişib"
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
"Biz tarixən qonşuyuq. Eyni inancımız, eyni tariximiz var. Bu tarix boyu gürcülərə dəfələrlə kömək etmişik. 2008-ci il müharibəsinə görə yalnız Saakaşvili məsuliyyət daşıyır. NATO hərbi blokdur, Avropa İttifaqı kifayət qədər uzaqdadır, ABŞ-ı hələ demirəm. Rusiya isə yaxındır”, - deyə Medvedyev vurğulayıb.
Onun sözlərinə görə, Gürcüstanda Avropa İttifaqı və NATO- ya münasibət dəyişib.