Rusiyanın Moskva vilayətində "Crocus City Hall"da baş vermiş terror aktında xəsarət alanların sayı 154-ə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə vilayətin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 44 nəfər ambulator müalicədədir.

Ölənlərin sayı 133 nəfər təşkil edir.

***

“Crocus City Hall”da törədilən terror aktı zamanı 133 nəfər həlak olub, 152 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.

Ölənlər arasında beş uşaq da var.