"Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 140 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federasiyası Moskva vilayətinin Səhiyyə Nazirliyi bildirib.
Məlumatda qeyd olunur ki, üç nəfər evə buraxılıb, 105 nəfər stasionar müalicə alır, daha 31 nəfər isə ambulator müalicədədir.
***
16:33
Moskva vilayətində "Crocus City Hall"da baş vermiş terror aktında ölənlərin sayı 150-yə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "112" teleqram kanalı məlumat yayıb.
***
Moskva vilayətində "Crocus City Hall"dakı baş vermiş terror aktında ölənlərin sayı 115-ə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
***
Moskva vilayətində "Crocus City Hall"dakı baş vermiş terror aktında ölənlərin sayı 93-ə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.