“Dünya ictimaiyyətinin Rusiya ilə Ukrayna arasında ciddi danışıqlara şərait yaratmaq üçün kifayət qədər istəyi yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.
Onun sözlərinə görə, bu gün dünyada Ukrayna-Rusiya müharibəsinin davam etməsi əhval-ruhiyyəsi hökm sürür.
“Belə bir şəraitdə sülh sazişini müzakirə etmək mümkün deyil”, - Kalın söyləyib.