Bu cümə günü Soçiyə gedəcəyik, bütün məsələləri müzakirə edəcəyik.
Teleqraf.com xəbər verir ki, bunu "Kanal7" telekanalının efirində Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
Birgə pilotsuz uçuş aparatının istehsalı ilə bağlı təklif olub-olmadığı barədə sualı Kalın belə cavablandırıb: "Yarızarafat, yarıciddi cənab Putin “Ukraynaya silahsız pilotsuz uçuş aparatı (SİHA) verirsiniz, bizə veriz, biz də almaq istərdik” dedi. Prezidentimiz də gülümsədi. Öhdəlikdən söhbət gedə bilməz. Cənab Putin də bizim mövqeyimizdən xəbərdardır. Biz Ukraynanın özünümüdafiə hüququnu tanıyırıq. Amma biz bunu müharibəni qızışdırmaq üçün yox, tez bir zamanda yekunlaşdırmaq üçün edirik".