Polşa tankları Ukraynaya gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak Telegram kanalında yayıb.

“PT-91 Twardy artıq Ukraynadadır. Dostlarımıza təşəkkür edirik”- deyə Yermak bildirib.

Tanklar sovet T-72M1 əsas tankının təkmilləşdirilmiş versiyasıdır. Polşa iki yüzdən çox döyüş tankını ölkəyə təhvil verməyə hazır olduğunu bildirib.