FETÖ-nun "qədim qardaş", "maarifçi" ləqəbli yaradıcılarından olan Yusif Bekmezçi müalicə olunduğu xəstəxanada 82 yaşında ölüb.
Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, o, Fətullah Gülənə bağlı təşkilatın ilk idarə heyətində olub.
Məlumata görə, FETÖ-çunun İzmir Atatürk Təhsil və Araşdırma Xəstəxanasında aparılan əməliyyat zamanı ürəyi dayanıb.
O, həyata qaytarılsa da, bu gecə reanimasiya şöbəsində ölüb.