Bu gün Ukrayna Silahlı Qüvvələri hərbi təlimlərə start verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə naziri Oleksey Rezinkov bildirib.

Qeyd edək ki, Ukrayna ordusu bu gün Belarus-Rusiya ordularının birgə keçirdiyi təlimlərə paralel təlim keçirir.

Hər iki təlim 10-20 fevral tarixlərini əhatə edəcək. Ukrayna ordusu təlimlərdə Türkiyədən aldığı “Bayraqdar TB2”, ABŞ-dan verilən “Javelin” tank əleyhinə silahlardan və NLAW sistemlərindən istifadə edəcək.

Rusiya-Belarus ordusunun Belarusda keçirdiyi təlimlər əsasən Polşa və Ukrayna sərhədləri istiqamətindədir. Ukrayna tərəfi təlimlərinin hansı poliqonlarda keçiriləcəyini açıqlamasa da, ehtimal olunur ki, bu, Belarusla sərhədə yaxın ərazilərdə baş tutur.