Türkiyə Silahlı Qüvvələri tərəfindən son bir ay ərzində 43 antiterror əməliyyatı həyata keçirilib.

Teleqrafşcom xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, səkkizi böyük, 35-i orta çaplı bu əməliyyatlar zamanı ölkə daxili və xaricində ümumilikdə 226 terrorçu zərərsizləşdirilib.

Bu istiqamətdə mübarizənin son terrorçu zərərsizləşdirənə qədər davam edəcəyi vurğulanıb.