ABŞ Federal Təhqiqat Bürosu (FBI) ATM-lərə kiber-hücumlar ola biləcəyini və milyonlarla dolların oğurlanacağını bəyan edib.

Teleqraf.com xəbər verir ki, kiber təhlükəsizlik eksperti Brian Krebsin hazırladığı hesabatda kiber-canilərin hansısa banka hücum edərək dünyanın dörd bir tərəfindən ATM-lərdən sürəti çıxarılmış kartlar vasitəsilə milyonlarla dollar çıxarmağı planlaşdırdıqlarını bildirib.

Hesabatlarda qeyd olunur ki, təhlükəsizlikləri zəif qorunan banklar daha böyük risk altındadırlar.