BAKI, 27 avqust. TELEQRAF

“Ermənistanda elə insanlar var ki, İrəvan və ətrafından başqa ölkənin digər yerlərində olmayıblar”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deib.

“Bu, dövlət və “Real Ermənistan” ideologiyası ilə bağlı mühüm nüansdır. Çünki insan öz ölkəsini həqiqətən görməyibsə... Bu, hislər baxımından çox mühüm dəyişiklikdir və biz insanları təşviq etməliyik ki, bəlkə bu gün Qafana və başqa yerlərə getsinlər”, - o bildirib.

Paşinyan əlavə edib ki, xüsusilə indi Ermənistan-Azərbaycan sərhədinin demarkasiya edildiyi Kirants kəndi haqqında qorxunc fikirlər səsləndirilir, halbuki insanlar gedib vəziyyəti öz gözləri ilə görə bilərlər:

“Gedib Kirantsı öz gözləri ilə görsünlər: insanlar doğrudanmı dəhşətli şəraitdə yaşayırlar, yoxsa yox. Yəni hələ Ermənistanı görmədiyimiz halda niyə daim xarici ölkələrin bölgələri haqda xəyallar qururuq? Öz televiziyalarımızda Ermənistanı göstərmirik, kitablarımızda da Ermənistan haqqında yazılmayıb. Biz Ermənistanı göstərmirik, tarixə dair öz təsəvvürlərimizi (qonşu ölkələrə ərazi iddialarını nəzərdə tutur – red.) göstəririk”.