BAKI, 21 avqust. TELEQRAF

“Maşa və Ayı” cizgi filmi öz mehribanlığı, humanizmi və yaxşı mənada ən gözəl insani keyfiyyətləri təbliğ etməsi ilə dünyanı fəth edib”.

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

“Maşa və Ayı” cizgi filmi bütün dünyanı fəth edib. Bunu şişirtmədən deyə bilərik, bəli, bütün dünyanı fəth edib. Öz mehribanlığı ilə, humanizmi ilə, ən gözəl insani keyfiyyətləri təbliğ etməsi ilə dünyanı fəth edib”, - Peskov bildirib.

Qeyd edək ki, Kremlin sözçüsü bu açıqlamanı Ukraynanın ölkənin milli təhlükəsizliyinə təhdid ittihamı ilə Rusiya istehsalı “Maşa və Ayı” cizgi serialının yaradıcılarına qarşı sanksiyalar tətbiq etməsi barədə danışarkən verib.