BAKI, 19 avqust. TELEQRAF

“Ermənistan Avrasiya İqtisadi Birliyindən (AİB) çıxsa, böyük bir bazarı itirəcək”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Norayr Dunamalyan Rusiya mediasına deyib.

“Ermənistan böyük bir bazarı, ilk növbədə Rusiyanı itirəcək. Nəticədə ölkənin ümumi daxili məhsulu 5-6 faiz azala bilər”, - ekspert qeyd edib.

Dunamalyanın sözlərinə görə, Ermənistan təşkilatdan çıxsa, onun AİB ölkələri ilə ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə azalacaq. Bundan əlavə, Ermənistan ixrac məsələsində böyük ölçüdə Rusiya bazarlarına bağlıdır.

“Uzunmüddətli perspektivdə Ermənistanın AİB-dən çıxması ölkənin bütün iqtisadiyyatına dağıdıcı təsir göstərə bilər”, - politoloq əlavə edib.