BAKI, 24 fevral. TELEQRAF

Ermənistan müdafiə naziri Suren Papikyan Tehranda İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadə ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri sosial mediada məlumat verib.

“Ermənistan və İran arasında müdafiə sektorunda əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirdik, ikitərəfli münasibətlərin inkişafı istiqamətində işi davam etdirmək əzmində olduğumuzu bəyan etdik və əməkdaşlıqla bağlı bir sıra məsələləri müzakirə etdik”, - o bildirib.

Suren Papikyan və Əziz Nəsirzadə regional və beynəlxalq təhlükəsizliklə bağlı bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.