BAKI, 20 fevral. TELEQRAF
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Ermənistana səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində Mariam Kvrivişvili İrəvanda Ermənistan baş nazirinin müavini Tiqran Xaçaturyan, iqtisadiyyat naziri Gevorq Papoyan və ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyanla görüşəcək.
Tərəflər Gürcüstan və Ermənistan arasında ticari-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi məsələlərini müzakirə edəcəklər.