BAKI, 16 fevral. TELEQRAF

“Nəhayət, qərbli mütəxəssislər təsdiqlədilər ki, Navalnı həbsxanada nadir, Cənubi Amerika mənşəli zəhərlə zəhərlənib. Bu zəhərdən istifadə yalnız Rusiya hökumətinin imkanları daxilində idi”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.

“Putin Navalnını həmişə “Rusiyanın Saakaşvilisi” adlandırırdı, Aleksey Navalnı isə zəhərlənməzdən az əvvəl həbsxanadan oliqarxın (Bidzina İvanişvili) hökumətini mənə qarşı qeyri-münasib rəftarı dayandırmağa çağırmışdı. Navalnını məhbus mübadiləsinə düşməsin deyə öldürdülər.

İvanişvili məndən Putinin Navalnıdan qorxduğundan da çox qorxur, buna görə mən hər şeyə (ölümə) hazıram. Yeri gəlmişkən, mənim ilk zəhərlənməyimm də Qərb mütəxəssisləri tərəfindən təsdiqlənib. İkincinin nə vaxt olacağını isə yalnız oliqarx və rus himayədarları bilir”, - o qeyd edib.