BAKI, 10 fevral. TELEQRAF

“İran müdafiə naziri Əziz Nəsirzadənin Azərbaycana səfəri bizim üçün önəmlidir”.

Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

O bildirib ki, müdafiə naziri ilə yanaşı, İran xarici işlər naziri Abbas Əraqçinin Bakı ziyarəti də önəmli bir səfər olub.

“Bu, vacib səfər idi, cənab Əraqçinin bir müddət əvvəl Bakıya etdiyi səfərlə uyğun gəlir. Bu səfərləri hansısa şübhələrin aradan qaldırılması baxımından zəruri hesab edirik. Danışıqları davam etdirməkdə israrlıyıq. Düşünürük ki, bu səfər iki ölkə arasında etimadı yaxşılaşdıracaq və gücləndirəcək.

Bu cür səfərlər İranın bütün səviyyələrdə Cənubi Qafqazda qonşu ölkələrlə etimadı gücləndirmək əzmini də nümayiş etdirir. Bu bölgə İran üçün böyük əhəmiyyət kəsb edir və oradakı sülhü öz sülhümüz kimi görürük”.

İranlı diplomat əlavə edib ki, bu məsləhətləşmələr region ölkələri arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi üçün vacibdir.