BAKI, 2 fevral. TELEQRAF

“Gürcüstanın sabiq baş naziri, hakim “Gürcü Arzusu” partiyasının fəxri lideri Bidzina İvanişvili vaxtilə siyasi məqsədlər üçün Rusiyadan 2 milyard dollar alıb”.

Teleqraf xəbər verir ki, bunu sosial mediada Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili yazıb.

“İvanişvilinin 2012-ci ildə Rusiya Federasiya Şurasının sədri Matviyenkonun Rusiya vətəndaşı olan oğlundan Gürcüstan siyasətinə yatırmaq üçün 2 milyard dollar almasını unutmuşuqmu? Yoxsa tərəfdarları üçün bunu xatırlamaq narahatlıq yaradır, siyasətdə kimin pulu hesabına yüksəldiklərini xatırlamaq istəmirlər?”, - o bildirib.